Şuşada 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına start verilib
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

Turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

Turnirin açılış oyununda Almaniya və Türkiyə seçmələri üz-üzə gəlirlər.

Mərhələ yarışında A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparacaq.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.

Xəbər 142 dəfə oxundu.