Azər Məmmədov “Kəpəz” klubuna baş məşqçi təyin olunub
“Kəpəz” futbol klubunun İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib.

İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.

Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul ediliblər. İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub.

İyunun 12-də mütəxəssis ilə 1+1 illik müqavilə imzalanıb.

Xəbər 114 dəfə oxundu.