“Kalyari” klubu İtaliya A Seriyasına vəsiqə qazanıb
“Kalyari” futbol klubu 2023-2024-cü il mövsümündə İtaliya A Seriyasında oynamaq hüququ qazanıb.

Komanda pley-off mərhələsinin cavab oyununda “Bari”ni 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 90+4-cü dəqiqədə Leonardo Pavoletti vurub. İlk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beləliklə, baş məşqçi Klaudio Ranyerinin komandası B Seriyasında bir mövsüm keçirərək yenidən A seriyasına qayıdıb.

Xəbər 123 dəfə oxundu.