“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə qələbə qazandırıb
“Turan Tovuz” klubunun futbolçusu Roderik Miller Panama millisinin heyətində Nikaraqua ilə yoxlama matçında iştirak edib.

O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Miller görüşdə fərqlənməyi də bacarıb. Müdafiəçi 83-cü dəqiqədə qol vurub.

Görüş Panama millisinin 3:2 hesabı qələbəsi ilə nəticələnib.

Xəbər 109 dəfə oxundu.