Məşqçi: Mehriban Tağıyeva gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır
Bu ilin iyun ayında Almaniyanın Berlin şəhərində bədii gimnastika üzrə xüsusi olimpiya yarışları keçiriləcək.

Bu sözləri xüsusi olimpiya üzrə bədii gimnastika məşqçisi Səbinə Məmmədova deyib.

Baş məşqçi bildirib ki, xüsusi olimpiya gimnastı Mehriban Tağızadə də həmin yarışa qoşulacaq.

"O bizim bədii gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır. Mehribanın 16 yaşı var və 6 aydır gimnastika ilə məşğul olur. Bundan əvvəl o, illərlə atletika ilə məşğul olub. Ondan gözləntilərimiz çoxdur, inanırıq ki, o bu yarışlarda qalib olacaq",- deyə baş məşqçi əlavə edib.

Xəbər 124 dəfə oxundu.