“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub
UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub.

Həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəliblər.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdən əvvəl möhtəşəm açılış mərasimi təşkil olunub.

Açılış mərasimindən sonra final matçına start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Mançester Siti" 1:0 hesablı qələbə qazanıb və İngiltərə klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Xəbər 104 dəfə oxundu.