Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub | |
"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub. Futbolçu "İnter"lə matçda zədə səbəbindən meydanı tərk edib. Turnirin 2022-2023-cü il mövsümünün həlledici matçında Kevin De Bruyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib. Otuz iki yaşlı yarımmüdafiəçi ikinci dəfə UEFA Çempionlar Liqasının final matçını başa vura bilməyib. 2020-2021-ci il mövsümündə “Çelsi”nin heyətində çıxış edən futbolçu 60-cı dəqiqədə əvəzlənib. İlk hissədə Kay Havertsin qolu sayəsində qələbəni London komandası qazanıb. Hazırda “Mançester Siti” – “İnter” matçı davam edir və oyunda hesab açılmayıb. |
|
Xəbər 105 dəfə oxundu. |
|
|