Goranboyda Ulu Öndərin yubileyinə həsr olunmuş yunan-roma güləşi üzrə turnir keçirilib
Goranboyda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib.

Goranboy Olimpiya İdman Kompleksində təşkil olunan yarışda rayonun kiçikyaşlı və yeniyetmə idmançıları qüvvələrini sınayıblar.

Turnirdən əvvəl güləşçilərə uğurlar arzulayan Milli Məclisin deputatı Anar Məmmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı həyatından, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə idmanın inkişafının əsası və beynəlxalq aləmdə əldə olunan uğurların təməlinin Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.

Gərgin və mübarizə şəraitində keçən yarışların yekun nəticəsinə əsasən ilk üç yeri tutan güləşçilər medal və diplomlarla mükafatlandırılıb.

Xəbər 126 dəfə oxundu.