Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində yeddinci olub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində sonuncu oyununu keçirib.

38 yaşlı qrossmeyster doqquzuncu turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarov 11 xalla turniri yeddinci pillədə başa vurub.

Xəbər 181 dəfə oxundu.