Azərbaycanın U-17 komandası gürcüstanlı həmyaşıdlarına məğlub olub
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Komandalar arasında növbəti qarşılaşma iyunun 11-də keçiriləcək.

Xəbər 107 dəfə oxundu.