Niderlandlı Şurmans Luk "Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi olub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinə yekun vurulub.

Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından başlayan yarış eyni məkanda başa çatıb.

İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

İlk iki turdan sonra ümumi reytinqə başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 kilometr məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə velosipedçilər Qəbələdən Gəncənin mərkəzinədək 170 kilometr yol qət ediləcəklər.

Xəbər 159 dəfə oxundu.