Şahin Bağırov: Voleybola marağı olanları müəyyənləşdirib idmanın bu növünə cəlb etmək niyyətindəyik
Voleybola marağı olanları müəyyən edib idmanın bu növünə cəlb etmək niyyətindəyik. Şahin Çatma Türkiyədə tanınan mütəxəssisdir, "Qalatasaray"ın akademiyasında və ölkəsinin aşağı yaş qruplarından ibarət milli komandalarında işləyib. O, öz işinin icrasına avqustdan başlayacaq. Çox həvəsli insandır, artıq ölkəmizdə regionlarda da olub. Azərbaycanda Voleybol Akademiyasının yaradılması yönündə işlər də aparacaq.

Bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

Federasiya prezidenti türk mütəxəssislə müqavilənin uzadıla biləcəyini də istisna etməyib: "Çatma hələlik qarşıdakı bir il ərzində bizimlə olacaq. Onun sözləşməsi artırıla da bilər”.

Şahin Çatma bildirib ki, artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz. Çox danışmaq istəmirəm. Çünki nəticələrimi göstərmək istəyirəm. Azərbaycan voleybolunda əvvəllər yaxşı nailiyyətlər olub. Mən kiminsə yerini doldurmaq üçün gəlməmişəm. Fərq yaratmaq üçün buradayam. Birlikdə çox gözəl işlər görəcəyik.

Xəbər 122 dəfə oxundu.