"Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi turnirin ikinci mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

Velosipedçilər bu dəfə 176,2 kilometr məsafə qət edərək Qəbələ - Şəki - Qəbələ marşrutu ilə hərəkət edəcəklər.

Qeyd edək ki, birinci günün qalibi Bakıdan Şamaxıya 150 kilometr məsafəni qət edərək bolqarıstanlı Martin Papanov olub.

Xəbər 152 dəfə oxundu.