Çimərlik güləşi üzrə Azərbaycan millisinin dünya seriyası üçün heyəti açıqlanıb
İyunun 10-11-də Sinqapurda çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçiriləcək.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcəklər. İyunun 10-da qrup mərhələsinin görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə bazar günü 12:30-da start götürəcək.

Xəbər 112 dəfə oxundu.