Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının (IJF) akademiyasında təhsillərini davam etdirirlər.

Cari ilin martından etibarən daha 75 mütəxəssis Akademiyanın proqramında təhsilə başlayıb.

Məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və IJF ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib.

Seminar Beynəlxalq Cüdo Federasiyasının praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.

Azərbaycan Cüdo Federasiyası məşqçilərin biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.

Xəbər 159 dəfə oxundu.