“Səbail” klubu Süleyman Əhmədovla müqavilə imzalayıb
Yeni və ideal komanda qurmaq üçün işlər görülür.

Bu sözləri “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev -a məxsusi müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, bir neçə futbolçu ilə vidalaşdıq. Hazırda yerli və bizim oyun sistemimizə yaxın olan futbolçularla danışıqlar aparırıq. Artıq iki futbolçu - Yusif Nəbiyev və Süleyman Əhmədovla müqavilə imzalamışıq. Daha 3-4 futbolçu ilə danışıqlar gedir, müqavilə imzalayacağıq.

“Legioner futbolçuları komandanın düşərgəsinə dəvət edəcəyik. Həmin futbolçular ilə zərgər dəqiqliyi ilə işləməliyik. Çatışmayan tərəflərimizə baxıb legionerlərlə bağlı dəqiq seçim etməliyik. Fikrimcə, hər şey uğurlu alınacaq”-deyə baş məşqçi əlavə edib.

Xəbər 115 dəfə oxundu.