“Səbail”in futbolçusu dörd oyunluq cəzalandırılıb
AFFA-nın İcraiyyə Komitəsi tərəfindən “Səbail” klubu cərimələnib.

Bu barədə Peşəkar Futbol Liqasına istinadla xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail”–“Şamaxı” oyununda Bakı klubunun futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə, birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyunluq cəzalanıb.

Həmçinin “Səbail” klubu 3200 manat cərimə edilib.

Xəbər 119 dəfə oxundu.