AFFA "Neftçi" klubunu cərimələyib
AFFA-nın İntizam Komitəsi "Neftçi" futbol klubunu 5 min 600 manat məbləğində cərimələyib.

Bakı təmsilçisinin "Qəbələ"yə uduzduğu Azərbaycan kuboku yarışlarının final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.

Xəbər 144 dəfə oxundu.