“Kəpəz” klubu Nəbiyev qardaşları ilə yollarını ayırıb | |
Gəncənin “Kəpəz” futbol klubunun Nəbiyev qardaşları - müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqaviləsi başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların “Kəpəz”dən ayrıldığı vurğulanıb. Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və eyni sayda qolun ötürməsinin müəllifi olub. Futbolçu Gəncə təmsilçisini kapitan kimi də meydana çıxarıb. Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun ötürməsini edib. |
|
Xəbər 117 dəfə oxundu. |
|
|