Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb
Futbol üzrə Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9 min tamaşaçı izləyib.

Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finaladək rekord 5 minə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5 min seyrçi olub.

Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.

Xəbər 113 dəfə oxundu.