Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub | |
İyunun 3-də futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib. Həlledici qarşılaşmada “Leyptsiq” və “Ayntraxt” klubları üz-üzə gəlib. Matç “Leyptsiq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 71-ci dəqiqədə Kristofer Nkunku və 85-ci dəqiqədə Dominik Soboslay vurublar. Qeyd edək ki, bu, “Leyptsiq”in Almaniya kubokunda ikinci zəfəridir. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|