“Havr” klubu növbəti mövsüm Fransa Liqa 1-də oynayacaq | |
“Havr” futbol klubu növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. Komanda Fransa Liqa-2-də çempion olaraq buna nail olub. “Havr" 35 oyundan 78 xal toplayıb. Komanda son turda "Dijon"a 1:0 hesabı ilə qalib gəlməklə çempionluğu təmin edib. Liqa-1-ə ikinci vəsiqəni ikinci yeri tutan komanda qazanacaq. Bu vəsiqə uğrunda “Mets” və “Bordo” mübarizə aparır. Qeyd edək ki, “Havr” sonuncu dəfə 2008-2009-cu il mövsümündə Liqa 1-də çıxış edib. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|