Fariz Yusifov və Əliyar Ağayev - ölkə kuboku yarışlarının şərikli rekordçuları
Futbol üzrə Azərbaycan kuboku yarışlarında indiyədək keçirilən 28 final matçını 17 baş hakim idarə edib.

1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifov və Əliyar Ağayevdir. Onlar hamıdan çox – hərəyə dörd dəfə həlledici görüşdə ədaləti qoruyublar.

Vüsal Əliyev və Xaqani Məmmədov üç, Tahir Süleymanov iki final idarə ediblər.

Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib. Bunlar Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabarov, İnqilab Məmmədov və Elçin Məsiyevdir.

Xəbər 110 dəfə oxundu.