Azərbaycanın voleybol hakimi Türkiyə - Rumıniya oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

O, kişi voleybolçular arasında Qızıl Avropa Liqasında A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 131 dəfə oxundu.