Bu gün Azərbaycan kuboku yarışlarının qalibi bəlli olacaq
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının qalibi bəlli olacaq.

Final oyununda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

“Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb.

Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.

Xəbər 118 dəfə oxundu.