Azərbaycan kuboku yarışları: Final qəhrəmanları
Azərbaycan kuboku yarışlarının 28 finalında 475 futbolçu iştirak edib. Onlardan dördü daha çox – altı belə matçda meydana çıxıb.

Rekordçular Mahmud Qurbanov, Denis Silva, Müşfiq Hüseynov və Cavid Hüseynovdur. Dörd futbolçu isə beş finalda şans qazanıb. Maksim Medvedev, Rahid Əmirquliyev, Kamran Ağayev və Alim Qurbanov buna nail olan oyunçulardır.

İndiyədək 267 futbolçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıblar. Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin dörd belə uğuru var.

Xəbər 117 dəfə oxundu.