Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb | |
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub. 62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|