İtaliya çempionatında mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb
"Napoli"nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya Futbol Çempionatının ən yaxşı oyunçusu seçilib.

Kvaratsxeliya İtaliya çempionatının 33 matçında 12 qol vurub və 13 məhsuldar ötürmə edib. “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında Gürcüstanın "Dinamo"sundan (Batumi) "Napoli"yə keçib, əvvəllər Kazan "Rubin" və Moskva "Lokomotiv"ində çıxış edib.

İtaliya çempionatının son turunda “Napoli” iyunun 4-də “Sampdoriya”nı qəbul edəcək.

Xəbər 108 dəfə oxundu.