Laurentsiu Regekampf: Final oyununda şanslar bərabər olur
“Qəbələ” yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Onların finala qədərki yoluna nəzər yetirməliyik. Çox yaxşı komandaları məğlub edərək finala yüksəliblər. Bununla belə, biz sonadək döyüşməyə hazırıq.

Bu sözləri futbol üzrə Azərbaycan kuboku yarışlarının final matçında “Qəbələ” klubu ilə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf iyunun 2-də təşkil olunan mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qeyd edib ki, sabahkı oyunda qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik, bütün şanslardan yararlanmağa çalışacağıq. Düşünürəm ki, bu oyuna hazırıq. Bununla belə, şanslar 50-nin 50-yədir. Həm 90, həm 120 dəqiqəyə, həm də penalti seriyasına hazırıq. Hər şey mümkündür. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisə etmək olmaz. Biz futbolçuları həlledici görüşə daha yaxşı hazırlamağa çalışırıq. Final oyununda şanslar bərabər olur. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Sabah hansı klubu təmsil edəcəyimizi yaxşı bilirik. Bunu qürur hissi ilə etməliyik.

Xəbər 124 dəfə oxundu.