Azərbaycan və Türkiyə qaziləri Bakıda keçirilən taekvondo üzrə dünya çempionatını izləyiblər
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatını izləyənlər arasında Azərbaycan və Türkiyədən olan qazilər, həmçinin amputant futbolçuları da yer alıblar.

Onlar çempionatın yarımfinal və final döyüşlərini, xüsusilə türkiyəli taekvondoçuların mübarizələrini həyəcanla izləyiblər.

Yarışdan sonra qazilər və amputant futbolçular təşkilatçı komanda ilə görüşüb və onlara dünya çempionatına dair müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər 137 dəfə oxundu.