Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyə yığmasına uduzub
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Bakı Su İdmanı Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub.

Komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.

Xəbər 100 dəfə oxundu.