Dənizkənarı Milli Parkda əsrarəngiz taekvondo festivalı keçirilib
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı çərçivəsində demo şou təşkil olunub. Şou Dünya Taekvondo Federasiyasının nümayiş komandası tərəfindən Dənizkənarı Milli Park ərazisində keçirilib.

Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbir başlamazdan əvvəl komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də görüşərək onlarla şəkillər çəkdirib.

Tədbirdə komanda tərəfindən Azərbaycan milli rəqslərinin də nümayiş olunması izləyicilər tərəfindən maraqla qarşılanıb.

İyunun 4-dək davam edəcək çempionata 145 ölkədən minədək idmançı qeydiyyatdan keçib. Yarış səbəbi ilə 3 mindən artıq qonaq Bakıya gəlib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Azərbaycan dünya çempionatını qəbul etmiş Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub.

Xəbər 140 dəfə oxundu.