“Zirə” klubu belçikalı futbolçusu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.

Bu barədə 31 yaşlı hücumçu instaqram səhifəsi vasitəsilə paylaşım edib.

O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.

Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.

Xəbər 110 dəfə oxundu.