Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşı baş məşqçisi seçilib
“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşısı seçilib.

Xosep Qvardiola səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Eddi Hou (“Nyukasl Yunayted”), Roberto De Zerbi (“Brayton”) və Marko Silvanı (“Fulhem”) qabaqlayaraq ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, Xosep Qvardiola 2017-2018-ci, 2018-2019-cu və 2020-2021-ci illər mövsümündən sonra karyerasında dördüncü dəfə bu mükafatı qazanıb.

Xəbər 124 dəfə oxundu.