Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib
Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşlərinə yekun vurulub.

iki oyundan ibarət olan oyunlarda “Zirə” komandası “Qarabağ” kollektivinə hər iki oyunda qalib gələrək (2:1,3:2) finala vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə son çempion “Birbaşa Bakı” rumınyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında “Bakı”dan üstün olub (4:0, 3:2).

Beləliklə, ölkə çempionatının final qarşılaşmasında ötən mövsümdə olduğu kimi “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gələcəklər.

Xəbər 125 dəfə oxundu.