Seneqallı müdafiəçi “Sabah”dan ayrılıb
Seneqallı müdafiəçi Abdulaye Ba Bakının “Sabah” klubundan ayrılıb.

32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.

Abdulaye Ba sosial şəbəkə hesabında "Sabah"la vidalaşıb.

"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdə imişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız", - deyə Abdulaye Ba deyib.

Qeyd edək ki, müdafiəçi 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi.

O, Premyer Liqada 2022-2023-cü il mövsümündə 22 oyunda 2 qolla yadda qalıb.

Xəbər 127 dəfə oxundu.