Bakıda “Zirə” və “Fənərbağça” klubları arasında yoxlama oyunu keçirilə bilər
“Zirə” futbol klubunun və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” komandasının baş katibi Burak Kızılhanla görüşüb.

“Fənərbağça” klubunun ofisində keçirilən görüşdə, həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin İdarə Heyətinin üzvləri də iştirak ediblər.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Xəbər 159 dəfə oxundu.