Çimərlik futbolu üzrə millimiz Türkiyə yığması ilə qarşılaşacaq
İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək. Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq.

Hazırlıq prosesinə qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov,Emil Həsənzadə və Kamran Qürbətov dəvət olunublar.

Xəbər 107 dəfə oxundu.