Şamaxıda Ulu Öndərin 100 illiyinə həsr olunan futbol turniri keçirilib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 12 yaşlı uşaqlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

Turnirdə Bakı və Şamaxını təmsil edən səkkiz komanda iştirak edib.

Final oyununda “Şamaxı”nın U-12 və paytaxtın “Kristal” komandaları üz-üzə gəliblər. Penalti seriyasınadək davam edən oyunda “Şamaxı” qalib gəlib.

Üçüncü yerin sahibi isə “Zəngəzur” komandası olub.

Mükafatçılara medal və kuboklar təqdim olunub. Mükafatlandırma mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, Şamaxı Futbol Məktəbinin koordinatoru Vəli Qasımov, Elit Məşq layihəsinin koordinatoru Yunis Huseynov, A milli komandanın məşqçisi Arif Əsədəv və veteran futbolçular iştirak ediblər.

Turnirdən sonra isə Şamaxını təmsil edən veteran futbolçular ilə Bakıdan gələn veteranlar arasında yoldaşlıq oyunu keçirilib.

Xəbər 114 dəfə oxundu.