“Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bundesliqa təmsilçisi İsveç millisinin və “Malmö”nün gənc yarımmüdafiəçisi Huqo Larssonu transfer edib.

Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. On səkkiz yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb.

“Malmö”nün yetirməsi olan Larsson bu klubun əsas komandasında 59 oyuna 2 qol vurub. O, İsveç millisində də 1 oyun keçirib.

Xəbər 118 dəfə oxundu.