Emin Mahmudov “Neftçi”nin heyətində 50-ci qolunu vurub
Emin Mahmudov “Neftçi” klubunun heyətində 50-ci qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün son turunda gerçəkləşib.

31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.

Emin Mahmudov 2017-2018-ci il mövsümündən geyindiyi “ağ-qara” forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Futbolçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində onadək 16 oyunçu bunu bacarıb.

Xəbər 119 dəfə oxundu.