“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb | |
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXXVI - sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub. Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələnib. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub. “Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Qırmızı-qaralar” buna qədər 6 dəfə Avropa Liqasında (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020), 1 dəfə isə Konfrans Liqasında (2022/2023) yer alıb. Qeyd edək ki, bu gün “Səbail”lə “Şamaxı” elitada qalmaq uğrunda matçda üz-üzə gələcəklər. Mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” qarşılaşmaları ilə Premyer Liqada 2022/2023 mövsümünə yekun vurulacaq. |
|
Xəbər 115 dəfə oxundu. |
|
|