“Zirə” klubu Hamidu Keytaya yeni müqavilə təklif edib
Bakının “Zirə” klubu futbolçusu Hamidu Keytaya yeni müqavilə təklif edib.

Yeni müqavilədə futbolçuya daha yüksək maaş təklif olunub.

Ancaq futbolçu təklifi qəbul etməyib və mövsümün sonunu gözləyir. Əgər “Zirə” avrokuboklara düşə bilməsə, Keyta klubu tərk etmək istəyir.

Qeyd edək ki, futbolçuya “Qarabağ” klubu maraq göstərir.

Xəbər 103 dəfə oxundu.