Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində yeni rekord qeydə alınıb.

Yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet (onlardan 21 nəfəri qadın) körpücük üzərinə çıxıb.

Yarışda 81 kiloqram çəki dərəcəsində atletlərin mübarizəsində Ravin Alməmmədov fərqlənib. Onun bu çəki dərəcəsində birdən qaldırmada ram etdiyi 136 kiloqram yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kiloqram və toplamdakı 307 kiloqram nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordlarıdır.

Xəbər 121 dəfə oxundu.