Fəridə Əzizova: Dünya çempionatının ölkəmizdə keçirilməsi bizim üçün çox xoşdur
Taekvondo üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bizim üçün çox xoşdur.

Bu sözləri taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Fəridə Əzizova mayın 27-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Taekvondoçu bildirib ki, yarışda sonadək mübarizə aparacağam. Qızıl medal qazanaraq Azərbaycan xalqına sevinc yaşatmaq istəyirəm.

Yığma komandamızın digər üzvü Ələsgər Əliyev deyib: “Çempionatın Bakıda təşkili bizim üçün əlavə motivasiyadır. Azarkeşlərimizi medallarla sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək.

Xəbər 124 dəfə oxundu.