Çunqvon Ço: Azərbaycanda taekvondo yetərincə inkişaf edib
Bakıda olmaq çox xoşdur. Taekvondo ailəsinin üzvləri Bakının bizim üçün çox əziz olduğunu bilirlər. 2006-ci ildən Bakı taekvondo üzrə bir sıra mötəbər yarışlara ev sahibliyi edir.

Bu sözləri Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço mayın 27-də Bakıda təşkil olunan mətbuat konfransında qeyd edib.

Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətini yüksək qiymətləndirən Ç.Ço deyib ki, idmanın taekvondo növü vasitəsi ilə dünyada sülhü təmin etmək istəyirik. Biz qaçqın idmançılardan ibarət komanda yaratmışıq. Həmin idmançılar Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün yarışacaqlar.

Bakıda dəfələrlə olduğunu xatırladan federasiya prezidenti bildirib ki, paytaxtınız çox inkişaf edib. Əvvəlki səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm. Fikrimcə Azərbaycanda idmanın növü yetərincə inkişaf edib. Dövlət tərəfindən taekvondo idman növünə böyük diqqət göstərilir.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

Xəbər 105 dəfə oxundu.