“Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Qaziantep” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu posta Erdal Günəş təyin olunub.

Super Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalayıb.

Erdal Günəş daha əvvəl “Qaziantep”də məşqçi kimi fəaliyyət göstərirdi. O, Erol Bulutun istefasından sonra müvəqqəti olaraq əsas komandaya rəhbərlik etməyə başlamışdı.

Xatırladaq ki, “Qaziantep” Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqada çıxışını dayandırıb. Lakin komanda növbəti mövsümdən elitadakı çıxışını davam etdirə biləcək.

Xəbər 107 dəfə oxundu.