Cüdoçumuz Rəşid Məmmədəliyev Avstriya Qran-Pri turnirində gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, turnirin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə ediblər.

Xəbər 130 dəfə oxundu.