Almaniyanın “Verder” klubu heyətinə yeni futbolçu cəlb edib
Almaniyanın “Verder” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bundesliqa təmsilçisi Polşa millisinin və Düsseldorf “Fortuna”sının hücumçusu Davit Kovnatskini transfer edib.

İyirmi altı yaşlı futbolçu “Verder”ə azad agent kimi qoşulacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Davit Kovnatski 2019-cu ildən formasını geyindiyi Düsseldorf “Fortuna”sında 101 oyuna 26 qol vurub.

O, Polşa millisində də 7 matça çıxıb və 1 qola imza atıb.

Xəbər 109 dəfə oxundu.