Azərbaycan–Qırğızıstan oyununun başlama vaxtı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

“Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.

Xəbər 100 dəfə oxundu.